İran ABŞ-yə qarşı “çirkli bomba” hazırlayır - CNN

İran ABŞ-yə qarşı “çirkli bomba” hazırlayır - CNN backend

ABŞ kəşfiyyatında İranın Vaşinqtonda prezident Donald Tramp administrasiyasının yüksəkvəzifəli şəxslərinə qarşı kimyəvi silah və ya “çirkli bomba”dan istifadə etməklə mümkün hücum planları hazırladığına dair məlumatların olduğu bildirilir.

Qaziler.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbələrinə istinadla xəbər verib.

Məlumata görə, planlarda konkret məkanlar və potensial hədəflər göstərilib. Bu məlumatlar ABŞ hakimiyyət orqanlarını mümkün təhdidlərə qarşı cavab tədbirləri hazırlamağa sövq edib.

Telekanalın mənbələrinin sözlərinə görə, ABŞ kəşfiyyatı daha əvvəl Tehranın ölkə ərazisində partlayıcı qurğular hazırlamaq üçün istifadə oluna biləcək gizli materiallara malik olması barədə məlumatlar əldə edib. 

QAZİLER.AZ