ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək istədiyini, lakin bununla bağlı hələlik dəqiq məlumatın olmadığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri Manilada Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) formatında keçiriləcək danışıqlardan əvvəl jurnalistin Putinlə ayrıca görüş perspektivləri barədə sualına cavabında bildirib.
"Bilmirəm, amma belə bir fürsətim olsaydı, bunu edərdim", - deyə Tramp cavab verib.
Qeyd edək ki, Rusiya, Çin və ABŞ liderləri — Vladimir Putin, Si Cinpin və Donald Tramp cümə axşamı günü Çinin Şençjen şəhərində 18-19 noyabr tarixlərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüş keçirəcəklər.
QAZİLER.AZ

