Günün əvvəlindən etibarən Moskva hava limanlarında təxminən 320 reys təxirə salınıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Ostorojno, Moskva" teleqram kanalı məlumat yayıb.
Dəqiqləşdirilmiş məlumata görə, onlardan ən azı 119-u hələ də gecikir.
“Günün əvvəlindən "Şeremetyevo"da 129 reys (57 uçuş və 72 eniş), "Vnukovo"da 167 reys (85 uçuş və 82 eniş), "Domodedovo"da isə daha 26 reys (23 eniş və 3 uçuş) gecikib", - deyə paylaşımda qeyd olunur.
Xatırladaq ki, ötən gün axşam saatlarında "Rosaviasiya" Moskvanın hər dörd hava limanında — "Şeremetyevo", "Vnukovo", "Domodedovo" və "Jukovski"də uçuşlara məhdudiyyət tətbiq edib. Görülən tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək zərurəti ilə əsaslandırılıb.
Noyabrın 17-si səhər saatlarında Moskva meri Sergey Sobyanin açıqlama verərək bildirib ki, axşamdan səhərə qədər Moskva vilayəti istiqamətində təxminən 800 pilotsuz uçuş aparatı (PUA) uçub və onların əksəriyyəti uzaq məsafələrdə məhv edilib.
QAZİLER.AZ

