Aktyor Bred Pitt həmkarı Robert Pattinsonun Ceyms Bond roluna seçilməsini dəstəkləyib.
Qaziler.az xəbər verir ki, bu barədə aktyor "Extra" nəşrinə müsahibəsində danışıb. Pitt bu seçimin xoşuna gəldiyini etiraf edib:
"Bu ideya mənim xoşuma gəlir. Onun gördüyü işləri və bu rol üçün edilən seçimi çox bəyənirəm. O, əsl peşəkardır", - deyə aktyor qeyd edib.
Müxbir həmçinin Pittdən gələcək filmdə əsas mənfi obraz kimi kimi gördüyünü soruşub. Aktyor "Bond" rolunu özünün oynamaq istədiyini etiraf edib.
Xatırladaq ki, noyabrın 16-da "Amazon MGM Studios" şirkəti Robert Pattinsonun yeni Ceyms Bond olacağını rəsmi olaraq təsdiqləyib. Şirkət ilk promo-materialları dərc edərək Pattinsonu "Agent 007" obrazında nümayiş etdirib.
Qeyd edək ki, yeni Ceyms Bond rolu üçün kastinq hələ 2026-cı ilin may ayında başlayıb.
QAZİLER.AZ

