Krım körpüsünə hücumdan sonra əhaliyə müraciət edildi - VİDEO

Krım körpüsünə hücumdan sonra əhaliyə müraciət edildi - VİDEO backend

Sevastopol qubernatoru Mixail Razvojayev Krım körpüsünə edilən hücumla əlaqədar şəhər sakinlərinə müraciət edərək, onları sakitliyi qorumağa və yalnız rəsmi məlumat mənbələrindən istifadə etməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

Region rəhbərinin sözlərinə görə, baş verənlər Sevastopolun təchizatına təsir göstərməyib.

"Krım körpüsündən yüklərin daşınması üçün demək olar ki, istifadə olunmurdu, ona görə də baş verən hadisə şəhərin təchizatına təsir etməyib. Tədarük əvvəlki rejimdə davam edir", - deyə o bildirib.

Razvojayev vurğulayıb ki, bütün həyat təminatı zəncirləri qorunub saxlanılıb və ərzaq məhsullarının, yanacaq-sürtkü materiallarının və digər zəruri malların çatdırılması fasiləsiz davam edir.

Qubernator qeyd edib ki, körpüdən keçən əsas nəqliyyat axınını şəxsi avtomobillər və reys avtobusları təşkil edirdi. Bununla əlaqədar hakimiyyət orqanları evə qayıtmaq və ya səfərini davam etdirmək istəyən insanlar üçün alternativ logistika həlləri üzərində işləyir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri noyabrın 17-nə keçən gecə Krım körpüsünə yenidən hücum edib və körpü üzərində hərəkət dayandırılıb. Sakinlərdən və turistlərdən körpü istiqamətində səfərlərdən çəkinmək və marşrut seçərkən məhdudiyyətləri nəzərə almaq xahiş olunub. Hücum nəticəsində iki nəfər xəsarət alıb.

QAZİLER.AZ