İspaniyanın cənubunda minlərlə xırda balıq naməlum yırtıcıdan xilas olmağa çalışaraq sahilə çıxıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Sur" nəşri məlumat yayıb. Qeyri-adi hadisə noyabrın 15-də Əndəlüs bölgəsinin Kaleta-de-Veles qəsəbəsindəki balıqçılıq limanında baş verib.
"Bu bazar günü günorta saatlarında sardina fəsiləsinə aid minlərlə xırda balıq Kaleta-de-Veles balıqçılıq limanında kütləvi şəkildə sahilə çıxıb. Balıqlar sudan tullanaraq körpüyə, eləcə də gəmilərin yanına yığılmış balıqçı torlarının arasına düşməyə başlayıblar. Bu mənzərə təxminən iyirmi dəqiqə davam edib", — deyə məlumatda bildirilib.
Yerli Balıqçılar Gildiyasının nümayəndəsi Mari Karmen Navas balıqların məhz yırtıcıdan gizlənməyə çalışdığını ehtimal edib. Onları hansı heyvanın təqib etdiyini hələlik müəyyənləşdirmək mümkün olmayıb.
QAZİLER.AZ

