Qazaxıstan bu ölkələrdən yumurta idxalına qadağa qoydu

Qazaxıstan bu ölkələrdən yumurta idxalına qadağa qoydu backend

Qazaxıstanda bütün nəqliyyat növləri ilə, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən təzə toyuq yumurtalarının idxalına iki ay müddətinə qadağa tətbiq edilib.

Qaziler.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Sənədə əsasən, məhdudiyyət Aİİ-nin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası kodu 040721 olan təzə toyuq yumurtalarına şamil edilir.

Qadağa tranzit daşımalara, eləcə də iki kateqoriya mala aid edilmir:

-əmr qüvvəyə minənə qədər ixracatçı tərəfindən gömrük proseduru altında yerləşdirilmiş, lakin bu tarixdən sonra Qazaxıstana gətirilmiş yumurtalar;

-əmr qüvvəyə minənə qədər faktiki olaraq ölkəyə gətirilmiş yumurtalar.

QAZİLER.AZ