Tramp sammitə prezident təyyarəsi ilə uçmaqdan imtina etdi

Tramp sammitə prezident təyyarəsi ilə uçmaqdan imtina etdi backend

ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə hazırkı prezident təyyarəsi "Air Force One" əvəzinə Qətərin hədiyyə etdiyi təyyarə ilə uçacaq.

Qaziler.az xəbər verir ki, bu barədə NBC telekanalı iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

"Prezident Donald Trampın bazar ertəsi Asiyaya Qətər tərəfindən hədiyyə edilmiş "Air Force One" təyyarəsi ilə yola düşəcəyi gözlənilir", - deyə məlumatda bildirilir.

Bununla belə, NBC-nin həmsöhbətlərinin qeyd etdiyi kimi, İran tərəfindən gələn təhdidlərdən sonra zəruri olan modernləşdirmə işləri ilə bağlı suallar hələ də qalmaqdadır. Məhz bu təhdidlər iyul ayında Trampı Türkiyədən evə öz təyyarəsi əvəzinə məxfi hərbi təyyarə ilə qayıtmağa məcbur etmişdi.

QAZİLER.AZ