Sağçı "Milli Birlik" partiyasından Fransa prezidentliyinə namizəd Marin Le Pen Ukraynanın Parisdəki səfiri Vadim Omelçenko ilə qapalı görüş keçirib və ona respublika lideri seçiləcəyi təqdirdə Kiyevə yardımı davam etdirməyəcəyini deyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Agence France-Presse" (AFP) məlumat yayıb.
Le Penin sözlərinə görə, Fransanın dövlət maliyyəsinin vəziyyəti yaxın aylarda Ukrayna tərəfinə pul yardımı göstərməyə imkan verməyəcək.
O, diplomatı əmin edib ki, Paris üzərinə götürdüyü bütün öhdəlikləri, xüsusilə də 90 milyard avro məbləğində kreditlə bağlı öhdəlikləri yerinə yetirəcək.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Le Penin 2027-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya bütün yardımları dayandırmaq planlarını pisləmişdi.
QAZİLER.AZ

