Tramp jurnalistlərə: “Məni vursalar, sizin də sonunuz olacaq”

Tramp jurnalistlərə: “Məni vursalar, sizin də sonunuz olacaq” backend

ABŞ Prezidenti Donald Tramp jurnalistin İran pilotsuz uçuş aparatlarının (PUA) şəxsən ona zərbə endirməsi ehtimalından narahat olub-olmaması ilə bağlı sualına zarafatla cavab verib.

Qaziler.az "Fox News" telekanalına istinadla xəbər verir ki, Tramp bu mövzuda daha çox müxbirlərin özlərinə görə narahat olduğunu bildirib.  ABŞ liderini  sözlərinə görə, belə olacağı təqdirdə onlar da sağ qalmayacaqlar.

"Mən sizə (jurnalistlərə — red.) görə narahatam, çünki əgər onlar məni vursalar, sizin də sonunuz olacaq", - deyə o, Ağ Evin qarşısında keçirilən brifinqdə bildirib.

Qeyd edək ki, İsrailin "Mossad" kəşfiyyat xidməti Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) İranın ABŞ Prezidenti Donald Trampa və digər amerikalı rəsmilərə sui-qəsd hazırladığı barədə xəbərdarlıq edib. "Israel Hayom" nəşrinin yazdığına görə, Tehran bunun üçün partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatlarından istifadə edə bilər. ABŞ maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset artıq xüsusi mühafizə olunan müəssisələrə köçürülüblər, Trampın ictimai çıxışları isə məhdudlaşdırılıb.

QAZİLER.AZ