Bu ölkədə sellofan torba istifadəsinə tam qadağa qoyulacaq

Bu ölkədə sellofan torba istifadəsinə tam qadağa qoyulacaq backend

Qırğızıstan Prezidenti Sadır Japarov İssık-Kul vilayətinin Ton rayonunun sakinləri ilə görüşündə iki aydan sonra bütün ölkə ərazisində sellofana qadağa qoyulacağını bildirib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, görüş zamanı Bokonbayevo kəndindən olan sahibkar Edil dövlət başçısına müraciət edərək 2023-cü il fərmanından sonra Çində kraft paketlər istehsal edən müəssisə açdıqlarını, lakin dövlət dəstəyi və yoxlamalar zəiflədiyi üçün əhalinin yenidən sellofan torbalara qayıtdığını deyib.

Prezident onun sözünü kəsərək yanvarın 1-dən etibarən bütün respublikada sellofan istifadəsinin qadağan ediləcəyini və ölkənin müxtəlif vilayətlərində kraft paket istehsalı müəssisələrinin açılmasına şəxsən dəstək verəcəyini vurğulayıb.

Xatırladaq ki, Qırğızıstanda 2023-cü ildən İssık-Kul vilayəti və xüsusi mühafizə olunan təbiət ərazilərində plastik məmulatlara məhdudiyyət tətbiq olunurdu.

2027-ci ildən isə ölkə üzrə polimer plyonkadan hazırlanan paketlərin və plastik məmulatların istehsalı, satışı, eləcə də ticarət və xidmət sahələrində pulsuz paylanması tam qadağan ediləcək.

QAZİLER.AZ