Nikolas Maduro ABŞ həbsxanasından Rusiyaya salam göndərib

Nikolas Maduro ABŞ həbsxanasından Rusiyaya salam göndərib backend

ABŞ həbsxanasında saxlanılan Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya salam göndərib. Bu barədə hakim Venesuela Vahid Sosialist Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Tanya Valentina Dias bildirib.

Qaziler.az bildirir ki,  onun sözlərini "RİA Novosti" agentliyi yayımlayıb.


Noyabrın əvvəlində "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazmışdı ki, sabiq siyasətçi həbsdə dinə və fəlsəfəyə üz tutub. Nəşrin məlumatına görə, siyasətçi asudə vaxtının böyük hissəsini İncil və Quran oxumaqla keçirir. Bundan əlavə, o, iudaizmə də maraq göstərməyə başlayıb.

"NYT" müəyyən edib ki, həbsxanada Maduro və onun həyat yoldaşı Siliya Flores arıqlayıblar. Jurnalistlər Venesuela prezidentinin xanımının səhhətini "qeyri-sabit" kimi təsvir ediblər. Saxlanıldığı vaxt Flores uşaqlığın çıxarılması əməliyyatı keçirmişdi, həbsxanada isə ürəktutması keçirdiyi ehtimal edilir. 

Siliya Floresin ABŞ həbsxanasında ehtimal ki, ürəktutması olduğu və 11 kiloqramdan çox arıqladığı barədə onun vəkilləri də "Associated Press" agentliyinə məlumat vermişdilər.

QAZİLER.AZ