Almaniya kanslerinin çıxışı tənqid olundu

Almaniya kanslerinin çıxışı tənqid olundu backend

Almaniya kansleri Fridrix Merts Almaniyanın Ukrayna ilə bağlı danışıqlar masasında yer əldə etməsi barədə açıqlamaları ilə ictimaiyyəti yanıldır.

 

Modern.az xəbər verir ki, bu fikri Bundestaqdakı “Almaniya üçün Alternativ” (AfD) fraksiyası rəhbərinin müavini Markus Frohnmayer X sosial şəbəkəsindəki paylaşımında bildirib.

 

“Bu, əsl biabırçılıqdır! Fridrix Merts Almaniyanın Ukrayna ilə bağlı danışıqlar masasında yer əldə etməsi ilə fəxr edir. Bəs o, nəyi gizlədir?” – deyə siyasətçi bildirib.

 

Frohnmayerin sözlərinə görə, söhbət əslində münaqişənin gələcək maliyyələşdirilməsinin müzakirə olunduğu danışıqlar masasında iştirakdan gedir.

 

O, Almaniya vətəndaşlarının maddi vəziyyətinin pisləşdiyi bir vaxtda Mertsi ölkə vəsaitlərini “başqalarının müharibələrini” maliyyələşdirməyə yönəltməkdə ittiham edib.