Yaponiya büdcə məhdudiyyətləri səbəbindən qarşıdakı beş il üçün hərbi xərc planlarını əhəmiyyətli dərəcədə azalda bilər.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən yazır.
Maliyyə Nazirliyi müdafiəyə 50–60 trilyon yen ayırmağı təklif edir. Bu məbləğ Müdafiə Nazirliyi və hakim partiyanın hərbi gücün genişmiqyaslı artırılması üçün tələb etdiyi 80 trilyon yendən xeyli azdır.
Bildirilib ki, büdcənin bu cür kəsilməsi silah tədarükü proqramlarına ciddi şəkildə yenidən baxılmasına səbəb ola bilər. Xüsusilə raketlərin və "F-35" qırıcıları da daxil olmaqla aviasiya texnikasının alınması iki dəfəyə qədər azalma təhlükəsi ilə üzləşə bilər.
Təklif olunan maliyyələşdirmə səviyyəsi nəticəsində Yaponiya müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaqla bağlı öz strateji hədəfini yerinə yetirməmək riski ilə üzləşir.
QAZİLER.AZ

