NATO xarici işlər nazirləri Brüsseldə toplanır – Tarix açıqlandı

NATO xarici işlər nazirləri Brüsseldə toplanır – Tarix açıqlandı backend

NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü dekabrın 2-də alyansın Brüsseldəki (Belçika) mənzil-qərargahında baş tutacaq. 

Qaziler.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin məlumatında deyilir.

"Müttəfiq ölkələrin xarici işlər nazirləri 2026-cı il dekabrın 2-də NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcəklər", - deyə məlumatda bildirilib.

İclas Baş katib Mark Rüttenin sədrliyi ilə keçiriləcək. Həmçinin Rütte NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuat üçün brifinq keçirəcək.

XİN rəhbərlərinin görüşündə müzakirə olunacaq mövzular rəsmi olaraq açıqlanmır. Lakin medianın məlumatına görə, nazirlər Ukraynaya silah tədarükünü, Avropada silah istehsalının genişləndirilməsini və Rusiyaya qarşı hərbi təcavüz planlarını müzakirə edəcəklər.

QAZİLER.AZ