Peru sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar UTC vaxtı ilə saat 16:43-də (Bakı vaxtı ilə 20:43) qeydə alınıb. Zəlzələnin episentri 246 min nəfər əhalisi olan İka şəhərindən 104 km cənubda yerləşib. Ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
QAZİLER.AZ

