Paltaryuyan maşının içinə girdi və orada can verdi - Tayvanda müəmmalı ölüm

Paltaryuyan maşının içinə girdi və orada can verdi - Tayvanda müəmmalı ölüm backend

Tayvan polisi mənzilin eyvanında paltaryuyan maşının içərisində tapılan 27 yaşlı gəncin ölümünü araşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə "Sohu" nəşri yazır.

Nəşrin yadığına görə, səhər saatlarında gəncin mənzil yoldaşlarından biri eyvana çıxıb və onun meyitini aşkarlayıb. Hadisə yerinə gələn həkimlər onun bir neçə gün əvvəl öldüyünü müəyyən ediblər. Polis əməkdaşları mənzilə baxış keçirib, müşahidə kameralarının qeydlərini yoxlayıb və qonşuları dindiriblər. Onlar hər hansı dava və ya kənar şəxslərin mənzilə daxil olması ilə bağlı heç bir iz tapmayıblar.

KİV-in məlumatına görə, ölən şəxsin soyadı Çen olub. O, əvvəllər mağazada işləyib, lakin sonradan işini itirib. Narkotiklərlə bağlı problemlərə görə ailəsi ilə münasibətləri pozulub və yazda evsiz qalıb. Həmin vaxt keçmiş həmkarı ona sığınacaq verib və onlar birlikdə mənzil kirayələyiblər.

Otağa baxış zamanı polis narkotik vasitələr və onlardan istifadə üçün ləvazimatlar aşkar edib. Müstəntiqlər gəncin şüurunun dəyişmiş vəziyyətində (narkotik təsiri altında) ola biləcəyini ehtimal edirlər, lakin hələlik bu, sadəcə fərziyyədir.

Meyit məhkəmə-tibb ekspertləri tərəfindən müayinə olunub. Prosedura Çenin qohumları da gəliblər. Onun böyük qardaşı jurnalistlərə bildirib ki, ailəsi artıq beş ildir mərhumla əlaqə saxlamırmış və onun həyatı barədə demək olar ki, heç nə bilmirmiş. Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib.

QAZİLER.AZ