Polşa 14 ildən sonra bu ölkədə səfirlik açır

Polşa 14 ildən sonra bu ölkədə səfirlik açır backend

Polşa səfirliyi 14 ildən sonra Suriyada yenidən fəaliyyətə başlayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Polşanın "RMF FM" radiostansiyası məlumat yayıb.

Bildirilib ki, 2012-ci ildə ərəb ölkəsinin ərazisində gedən döyüş əməliyyatları ilə əlaqədar Polşa səfirliyi təxliyə edilmişdi.

"Polşa diplomatları 14 ildən sonra Suriyaya qayıdırlar. Yanvar ayında ölkənin paytaxtı Dəməşqdə Polşa səfirliyinin açılması planlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Həmçinin, Polşa nümayəndəsi artıq Dəməşqdədir və tərk edilmiş səfirlik binasını heyətin qəbuluna hazırlayır.

QAZİLER.AZ