Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampı rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşü zamanı sürprizlər etməməyə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəhbəri "Reuters" agentliyinə bildirib.
"Mən Birləşmiş Ştatlara mesajımızı çox aydın şəkildə çatdırmaq istəyirəm: xahiş edirəm, heç bir sürpriz olmasın. "Avropa komandası" və "Ukrayna komandası" çərçivəsində hərəkət etməyə davam edin", - deyə kansler vurğulayıb.
Mertsin sözlərinə görə, bir çox Avropa ölkəsinin liderləri Putin və Trampın görüşünün "ikinci Ankoric"ə çevriləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, Putin, Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu çərçivəsində baş tuta bilər.
QAZİLER.AZ

