Rusiya hərbçiləri pilotsuz uçuş aparatları ilə Ukraynanın müdafiə müəssisələrinin fəaliyyətini təmin edən enerji obyektlərinə zərbələr endiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
"Zərbə nəticəsində Sumı vilayətinin Şostka yaşayış məntəqəsi və Voronej qəsəbəsində yerləşən PS-110 və PS-330 elektrik yarımstansiyaları vurulub", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, noyabrın 12-də Ukraynanın Energetika Nazirliyindən bildirilib ki, enerji obyektlərinin zədələnməsi nəticəsində Ukraynanın səkkiz regionunda elektrik enerjisi kəsilib. Ukrayna energetika nazirinin birinci müavini Artyom Nekrasovun məlumatına görə, Vinnitsa, Dnepropetrovsk, Jitomir, Odessa, Rovno, Sumı, Xarkov və Çerkassı vilayətlərinin bir hissəsində sakinlər işıqsız qalıblar. Həmçinin Kiyevin nəzarətində olan Zaporojye vilayəti ərazisində də elektrik enerjisinin verilişi dayandırılıb.
QAZİLER.AZ

