Ağ Ev Putinin Trampın elçiləri ilə görüşünü dəyərləndirdi

Ağ Ev Putinin Trampın elçiləri ilə görüşünü dəyərləndirdi backend

Ukrayna münaqişəsinin nizamlanmasında "ümidverici irəliləyiş" müşahidə olunur.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli "X" sosial şəbəkəsində yazıb.

O, ABŞ nümayəndələri, Prezident Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin apardığı danışıqları şərh edib.

"Uitkoff və Kuşner bu münaqişəyə birdəfəlik son qoymaq üçün Rusiya ilə Ukrayna arasındakı müharibənin hər iki tərəfi ilə fəal şəkildə qarşılıqlı əlaqədədirlər", - deyə o yazıb.

Kelli qeyd edib ki, ABŞ elçiləri əvvəlcə Əbu-Dabidə danışıqların ikinci raundunu keçirib, daha sonra isə Rusiya Federasiyasının lideri Vladimir Putinlə görüşüblər. O, bu görüşü "sülhə doğru ümidverici irəliləyiş" kimi səciyyələndirib.

Xatırladaq ki, noyabrın 12-də Kremldə Vladimir Putinin Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü keçirilib. Danışıqlar iki saatdan bir qədər çox davam edib. Görüşün açıq hissəsi çərçivəsində tərəflər Əbu-Dabidə baş tutan üçtərəfli təmasları, Ukrayna üzrə danışıqların növbəti raundunda Avropa nümayəndələrinin iştirakını, eləcə də humanitar gündəliyi müzakirə ediblər. Bundan əlavə, Putin və amerikalı vasitəçilər ərazilər məsələsinə də toxunublar.

QAZİLER.AZ