Keniyanın paytaxtı Nayrobi yaxınlığında tikilməkdə olan binanın çökməsi nəticəsində altı nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyinin yerli "Citizen TV" telekanalına istinadən verdiyi məlumatda deyilir.
Məlumata əsasən, hadisə Nayrobi–Mombasa magistral yolundakı sürətli dəmir yolunun son stansiyası yaxınlığında, Mlolonqo rayonunda baş verib.
Qəza nəticəsində altı nəfər ölüb, xəsarət alanların sayı isə dəqiqləşdirilmir.
QAZİLER.AZ

