İtaliyada bomba xəbərdarlığı məktəblərdə növbəti təxliyələrə səbəb olub

İtaliyada bomba xəbərdarlığı məktəblərdə növbəti təxliyələrə səbəb olub backend

İtaliyada məktəblərə ardıcıl ikinci gün bomba xəbərdarlığı daxil olub.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Milanodan Siciliyaya qədər ölkə üzrə 3 778-ə yaxın məktəb oxşar məlumatlar alıb. Partlayıcı qurğu aşkarlanmasa da, həyəcan siqnalları təhsil müəssisələrində ciddi təşvişə səbəb olub.

Hökumət məktəblərə tövsiyə edib ki, təhlükəyə dair konkret sübut olmadığı halda, yalnız təhdid məzmunlu kütləvi elektron məktubun daxil olması səbəbindən binalar boşaldılmasın.

Rəsmilərin məlumatına görə, əvvəlki günlə müqayisədə cümə axşamı təxliyə olunan məktəblərin sayı xeyli azalıb. Belə ki, həmin gün cəmi 77 məktəb boşaldılıb. Baş nazir Corcia Meloni hökumətin bu cür təhdidlərlə üzləşən təhsil müəssisələri üçün xüsusi tövsiyələr hazırlayacağını bildirib.

QAZİLER.AZ