ABŞ-ın ən böyük ştatı Alyaskada çətin coğrafi şərait və poçt göndərişlərindəki gecikmələr səbəbindən aralıq seçkilərdə səslərin hesablanması prosesi uzanıb.
Paytaxt Juneauya avtomobil yolu olmadığı üçün seçki bülletenləri dəniz təyyarələri və qayıqlarla daşınır. Bütün səslərin hesablanmasının noyabrın 18-də başa çatacağı gözlənilir.
Son bir neçə həftə ərzində “Alaska Seaplanes” aviaşirkəti adi sərnişin, dərman və ərzaq daşımaları ilə yanaşı, seçki bülletenlərini də xüsusi yük kimi daşıyır.
QAZİLER.AZ

