Rusiya kəşfiyyatı 2027-ci ildə Norveçin strateji obyektlərində təxribatlar törətməyi planlaşdırır. Müdafiə sahəsində fəaliyyət göstərən müəssisələr, eləcə də hərbi sektorla əlaqəli şirkətlər təhlükə altındadır.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
Müvafiq xəbərdarlığı Norveç Polis Təhlükəsizlik Xidməti (PST) dərc edib. Norveç hüquq-mühafizə orqanları qeyd edirlər ki, Rusiya Federasiyası ölkənin strateji əhəmiyyətli obyektlərinə qarşı təxribat əməliyyatları hazırlaya bilər.
Rusiya kəşfiyyatı müdafiə sahəsində çalışan müəssisələrə, həmçinin hərbi sənayeni təchiz edən şirkətlərə xüsusi diqqət yetirir. Potensial hədəflər sırasına energetika sektorunun obyektləri də daxildir.
QAZİLER.AZ

