40 il əvvəl batmış bərəyə baş vuran turist 30 metr dərinlikdə ölü tapıldı

40 il əvvəl batmış bərəyə baş vuran turist 30 metr dərinlikdə ölü tapıldı backend

Kipr sahillərində 40 ildən çox əvvəl batmış gəmini tədqiq etmək üçün suya dalan turist həyatını itirib; onun meyiti 30 metr dərinlikdə aşkarlanıb.

Qaziler.az bildirir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Faciə noyabrın 10-da baş verib. Bildirilir ki, Kiprdə istirahətdə olan 61 yaşlı Böyük Britaniya vətəndaşı dayvinqlə məşğul olmaq üçün suya enib və 1980-ci ildə batmış İsveçə məxsus "MS Zenobia" yük bərəsinə doğru üzüb.

Kişini 30 metr dərinlikdə elə öz dayvinq təlimatçısı aşkar edib. Turist suyun səthinə çıxarılaraq sürətli katerlə sahilə çatdırılıb və xəstəxanaya aparılıb. Tibb müəssisəsindən pasiyentin həyatını xilas etməyin mümkün olmadığı bildirilib.

QAZİLER.AZ