ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-qərbində, Loqan-Sörkl (Logan Circle) meydanı yaxınlığında baş verən atışma nəticəsində azı dörd nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 12-də WJLA telekanalı Kolumbiya dairəsinin polisinə istinadən məlumat yayıb.
"Polis baş verən insidenti şimal-qərb sektorunda yerləşən 15-ci küçə ilə P-strit küçəsinin kəsişməsində aktiv atışma kimi qiymətləndirir; vətəndaşlardan həmin ərazidən uzaq durmaları xahiş olunur. Şübhəli şəxs iri bədən quruluşuna malik ağdərili kişidir və ehtimal olunur ki, əynində boz rəngli köynək var", – deyə məlumatda bildirilir.
Hazırda hadisə yerində Kolumbiya dairəsi polisinin təcili yardım və çevik reaksiya qüvvələri, eləcə də alkoqol, tütün, odlu silahlar və partlayıcı maddələr bürosunun (ATF) Vaşinqton bölməsinin əməkdaşları çalışır.
Ətraf küçələrdə nəqliyyatın hərəkəti xüsusi göstərişədək məhdudlaşdırılıb.
QAZİLER.AZ

