Paşinyan ayaqqabısını geyinərkən çətinlik çəkdi – VİDEO

Paşinyan ayaqqabısını geyinərkən çətinlik çəkdi – VİDEO backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Dublindəki hoteldə dabançəkənin olmamasından şikayətlənib.

Qaziler.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində Dublindəki hoteldən görüntüsünü paylaşıb. Videoda Paşinyan dabançəkəndən istifadə etmədən ayaqqabı geyinməyə çalışır.

“Bu hoteldə nədənsə dabançəkən yoxdur. Ayaqqabını əziyyətlə geyinməli olacağam”, – deyə Baş nazir bildirib.

Video “Elit həyatın fəsadları” yazısı ilə müşayiət olunub.

Nikol Paşinyan Avropa Siyasi Birliyinin (ASB) IX sammitində iştirak etmək üçün işgüzar səfərlə İrlandiyaya gedib. Səfər çərçivəsində onun xarici həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.