Parisdə almaz butiki qarət olunub

Parisdə almaz butiki qarət olunub backend

Dörd naməlum şəxs Parisdə "De Beers" şirkətinə məxsus zərgərlik mağazasını qarət edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.

Hadisə noyabrın 12-də Parisin mərkəzində, Vandom meydanı yaxınlığında baş verib. "Kalaşnikov" tipli uzunlüləli silahlarla silahlanmış naməlum şəxslər iki mopedlə mağazaya soxulublar və qənimətlə birlikdə hadisə yerindən qaçıblar.

Hazırda cinayətkarların axtarışı aparılır. İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği bir milyon avrodan çoxdur.

Qeyd edək ki, "De Beers" korporasiyası təbii almazların hasilatı, emalı və satışı, eləcə də sənaye məqsədləri üçün sintetik almazların istehsalı ilə məşğul olur.

QAZİLER.AZ