Amerikaya məxsus kəşfiyyat təyyarəsi Kalininqrad vilayətinin sərhədləri yaxınlığında müşahidə edilib.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" uçuş məlumatlarına istinadən xəbər yayıb.
"Bombardier Artemis II" təyyarəsi Moskva vaxtı ilə saat 09:47 radələrində Rumıniyadakı "Mixail Koqelniçanu" aviabazasından havaya qalxaraq Kalininqrad vilayətinə doğru istiqamət alıb. Moskva vaxtı ilə saat 12:34-ə olan məlumata görə, təyyarə Litva hava məkanında Baltik dənizi istiqamətində hərəkət edib.
Qeyd edilib ki, sentyabrın sonunda da ABŞ-nin "Bombardier Artemis II" kəşfiyyat təyyarəsi bir neçə saat Kalininqrad vilayəti ətrafında dövrə vurmuşdu.
QAZİLER.AZ

