Avropa ölkələrinə daha çox silah lazımdır və buna görə də müdafiə şirkətləri istehsalı sürətləndirməlidir.
Qaziler.az xəbər verir ki, bunu alyansın baş katibi Mark Rütte noyabrın 11-də Atlantik Gələcək Forumundakı çıxışı zamanı bəyan edib.
Baş katibin sözlərinə görə, Avropanın müdafiə şirkətləri silah istehsalını artırır, lakin tələb hələ də təklifi üstələyir.
"Burada iştirak edən bütün sənaye nümayəndələrindən daha çoxunu tələb edirik. İstehsalı artırın, innovasiyalar tətbiq edin, birlikdə çalışın. Bu, son dərəcə vacibdir. Gözləmək lüksümüz yoxdur. Etdiklərinizə görə sizə təşəkkür edirəm. Bizə daha çoxu lazımdır", - deyə o bildirib.
Rütte həmçinin analitikləri və siyasətə təsir edən, onu ictimaiyyətə çatdıran digər şəxsləri Avropa ölkələrinin əhalisinə hərbiləşmənin nə üçün vacib olduğunu izah etməyə çağırıb.
QAZİLER.AZ

