Avropalılar Ukrayna nizamlanması mövzusu üzrə danışıqlar aparacaq vahid namizədi hələlik seçə bilmirlər.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Mənə elə gəlir ki, bu, həqiqətən də çətin olacaq. Hazırda onlar bunu bacarmırlar", - deyə Uşakov bildirib.
Rusiya liderinin köməkçisi həmçinin qeyd edib ki, Avropa İttifaqının kiminlə danışıqlar aparmağa hazırlaşdığı da tam aydın deyil.
QAZİLER.AZ

