Nyu-Yorkda bina çökdü - Ölənlər var

Nyu-Yorkda bina çökdü - Ölənlər var backend

 

ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli bina qismən uçub.

Qaziler.az xəbər verir ki, bu barədə CNN Nyu-Yorkun Yanğın Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, bina əsasən yaşayış massivi olan Bruklinin cənubundakı Fletbuş məhəlləsində yerləşir. Uçqun yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə saat 01:00) baş verib.

Xilasedicilər hazırda dağıntılar altında insanların ola biləcəyi üçün axtarış-xilasetmə əməliyyatı aparırlar. Hadisə zamanı iki nəfər ölüb, 7-si uşaq olmaqla 19 nəfər yaralanıb. azı iki nəfər xəsarət alıb və tibbi yardım üçün həkimlərin nəzarəti altındadır. Yaralılardan dördünün vəziyyəti ağır, 12 nəfərin vəziyyəti isə sabitdir.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatında dronlardan istifadə olunur.