ABŞ-nin sabiq prezidenti Co Bayden bildirib ki, sağlamlığındakı problemin xərçəng xəstəliyindən qaynaqlandığını bilsəydi, 2024-cü ildə yenidən prezident seçilmək üçün namizədliyini irəli sürməzdi.
Qaziler.az xəbər verir ki, bu barədə o, "People" jurnalına verdiyi müsahibədə danışıb.
"Əgər xərçəngə görə özümü pis hiss etdiyimi bilsəydim, istefa verərdim. Davam etməzdim, çünki xərçəng xəstəsi olan 80 yaşlı bir kişinin prezident postuna namizəd olmasını düzgün hesab etmirəm. Amma o vaxt bunu bilmirdim", - deyə Bayden qeyd edib.
Qeyd edək ki, Ağ Evi tərk etdikdən bir neçə ay sonra, 83 yaşlı Bayden ona sümüklərə metastaz vermiş prostat vəzi xərçənginin aqressiv forması diaqnozunun qoyulduğunu açıqlamışdı. Diaqnoz elan edildikdən sonra hər iki partiyanın nümayəndələri sabiq prezidentə şəfa diləmişdilər. Lakin, Prezident Donald Tramp və tərəfdarları sonradan Baydenin hələ vəzifədə olarkən xəstəlikdən xəbərdar olub-olmadığına şübhə ilə yanaşmışdılar.
QAZİLER.AZ

