BƏƏ-nin hüquq-mühafizə orqanları UFC-nin sabiq çempionu Merab Dvalişviliyə hücum etdiyinə görə döyüşçü Usman Nurmaqomedovu saxlayıblar.
Qaziler.az xəbər verir ki, bu barədə MMA (qarışıq döyüş növləri) döyüşçüsü İliya Topuriya "X" sosial şəbəkəsində paylaşım edib.
"Məlumatlara görə, Usman onunla olan qorxaqlarla birgə saxlanılıb. Təvazökarlıqdan və hörmətdən dəm vurmağa cəsarət edən həmin insanlar bunlardır? Biabırçılıqdır. Qorxaqlar yığını. Mən həmişə sizi ortabablar toplusu hesab etmişəm. İndi isə son şübhələri də dağıtdınız", — deyə Topuriya yazıb.
Xatırladaq ki, oktyabrın 24-də Dvalişvili UFC-nin ən yüngül çəki dərəcəsində çempion titulu uğrunda döyüşdə Pyotr Yana məğlub olub.
QAZİLER.AZ

