Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) vətəndaşlarını zərərli rəqəmsal vərdişlərdən qorumaq məqsədilə istehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyində genişmiqyaslı dəyişikliklər edəcəyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Wired" nəşri yazır.
Avropa Komissiyası istifadəçiləri tətbiqlərin asılılıq yaradan funksiyalarından qorumaq üçün "rəqəmsal ədalət haqqında" qanun layihəsi təqdim edib. Yeni qaydalara xarici dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş "Duolingo" tətbiqi və idmançıların aktivliyini izləyən "Strava" xidməti də daxil ola bilər.
İstifadəçilər əldə etdikləri irəliləyişi itirməmək üçün onları hər gün tətbiqə qayıtmağa məcbur edən dərs və məşq seriyalarını söndürə biləcəklər. AK həmçinin "qaranlıq şablonları" — istifadəçiləri alış-verişə və ya abunəliyə sövq edən hiylələri qadağan etmək istəyir. Məsələn, tətbiqlər məhsulun tezliklə bitəcəyi barədə yalan təəssürat yaratmamalı və ya abunəliyin ləğvini qəsdən çətinləşdirməməlidir.
QAZİLER.AZ

