ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların bir daha İran ərazisinə zərbələr endirmək məcburiyyətində qalmayacağına ümid etdiyini ifadə edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, yerli Veteranlar Günü çərçivəsində Arlinqton Milli Qəbiristanlığında çıxışı zamanı bəyan edib.
Tramp bildirib ki, müharibəni ABŞ başlamayıb, İranın özü isə artıq 1979-cu ildən bəri Ştatlara qarşı müharibə aparır və "bu məsələni həll etmək lazım idi".
"Biz müqavimət göstərdik, həm də ciddi müqavimət göstərdik və qalib gəldik. İndi yalnız bir sual qalır: biz bunu nə vaxt bitirmək istəyirik? Biz 93%-lik yox, tam qələbə qazanmaq istəyirik. Qələbə tam olacaq", — deyə o bildirib.
ABŞ prezidenti həmçinin Amerika ordusunun bir daha bu ölkəni dağıtmaq məcburiyyətində qalmayacağına ümidvar olduğunu vurğulayıb.
QAZİLER.AZ

