İnanılmaz, amma fakt: İkiotaqlı mənzili cəmi 1,7 dollara aldı

İnanılmaz, amma fakt: İkiotaqlı mənzili cəmi 1,7 dollara aldı backend

Çində bir kişi endirim kampaniyası zamanı cəmi 1,7 dollar ödəməklə ikiotaqlı mənzilin sahibinə çevrilib.

Qaziler.az xəbər verir ki, bu barədə "New York Post" yazır.

Nəşrin bildirdiyinə görə, 68 kvadratmetr sahəsi olan mənzil Çinin şimal-şərqindəki Heylunzyan əyalətində yerləşən yaşayış binasının yeddinci mərtəbəsində yerləşib. Hərrac bir yuandan başlayıb. Bununla belə, təşkilatçılar maksimum qiymət həddini 11 yuan (təxminən 1,7 dollar) olaraq təyin ediblər. Hərracda ümumilikdə 1677 iştirakçı qeydiyyatdan keçib və onlar 1001 mərc ediblər. Hərrac noyabrın 5-də başa çatıb.

Qalib Çinin şərq hissəsinin sakini olub. O etiraf edib ki, aldığı mənzilə köçmək niyyətində deyil. O, bura qışda dincəlmək üçün gəlmək istəyir və mənzilin rəmzi qiymətindən əlavə, kişi daşınmaz əmlakın rəsmiləşdirilməsi üçün təxminən 300 dollar vergi ödəməli olacaq.

Qeyd olunub ki, mənzilin adi qiyməti kvadratmetr üçün 5600 dollardır. Qiymətdəki fərqi ticarət platformasının özü ödəyəcək, çünki satış reklam aksiyası çərçivəsində həyata keçirilib.

QAZİLER.AZ