Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları məzmunlu və faydalı olub.
Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Görünür, danışıqlar, birincisi, məzmunlu, ikincisi isə faydalı olub", - deyə o bildirib.
Uşakov həmçinin qeyd edib ki, Rusiya liderinin ABŞ prezidentinin xüsusi elçiləri Cared Kuşner və Stiven Uitkoff ilə görüşü noyabrın 12-də, cümə axşamı günü günün birinci yarısında baş tutacaq. Dövlət başçısının köməkçisinin sözlərinə görə, görüş protokol qaydalarına uyğun olaraq həmişəki kimi keçiriləcək.
Qeyd edək ki, noyabrın 11-də BƏƏ-nin paytaxtında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən iki günlük danışıqlar başa çatıb. Noyabrın 10-da baş tutan görüş dörd saat yarımından çox davam edib və bu müddət ərzində tərəflər 40 dəqiqəlik fasilə də təşkil ediblər.
Rusiya nümayəndə heyətinə Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edib.
QAZİLER.AZ

