BMT-nin İqlim Dəyişmələri üzrə Konfransının sessiyası çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Banqladeş Xalq Respublikasının Baş naziri Tariq Rəhman ilə görüş keçirib.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, görüşdə Özbəkistan–Banqladeş münasibətlərinin daha da fəallaşdırılması məsələləri müzakirə olunub. Son illər iki ölkə arasında ikitərəfli təmasların müsbət dinamikası və əmtəə dövriyyəsinin həcminin artması məmnunluqla qeyd edilib.
Danışıqlar zamanı siyasi dialoqun möhkəmləndirilməsi, ticari-iqtisadi tərəfdaşlığın və sənaye kooperasiyasının genişləndirilməsi hesabına qarşılıqlı fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsi və praktiki məzmunla zənginləşdirilməsi barədə razılıq əldə olunub.
Tərəflər həmçinin regional gündəlikdə duran məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
QAZİLER.AZ

