Hindistanın Maharaştra ştatında pələng fermer Devidas Takaleyə hücum edərək onu parçalayıb.
Qaziler.az bildirir ki, "Free Press Journal" qəzetinin məlumatına görə, 38 yaşlı Takale səhər saatlarında mal-qara üçün ot biçmək məqsədilə təpəliyə gedib. Bir müddət sonra otun daşınmasına kömək etmək üçün yanına gələn oğlu atasını tapa bilməyib. O, təpənin yaxınlığında qan gölməçələri və kiminsə yerlə sürüklənərək kolluğa aparıldığını göstərən izlər görüb.
Qorxuya düşən yeniyetmə kəndə qayıdaraq gördüklərini sakinlərə danışıb. Dəyənək və baltalarla silahlanan kəndlilər hadisə yerinə yollanıblar. Onlar təpədən 500 metr aralıda Takalenin üzərində əyilmiş pələngi aşkar ediblər. İzdihamı görən yırtıcı hadisə yerindən qaçıb, lakin həmin vaxt fermer artıq həyatını itiribmiş.
Yerli meşə departamentindən bildirilib ki, adamyeyən pələng hələ ötən həftə bu rayonda görünüb. Hazırda yırtıcının axtarışları davam etdirilir.
QAZİLER.AZ

