ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner sabah Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəklər.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə Kuşner bildirib.
O, Rusiyada danışıqlardan sonra Dublinə gedəcəklərini və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklərini açıqlayıb.

