Slovakiyanın Baş naziri Robert Fitso, Rusiya əleyhinə sanksiyaları dəstəkləməkdən imtina etdiyi üçün Almaniya kansleri Fridrix Mertsin tənqidinə məruz qaldığını iddia edir.
Qaziler.az xəbər verir ki, bu barədə "Denník N" nəşri məlumat yayıb.
Ukraynanın maliyyələşdirilməsi və Avropa İttifaqının (Aİ) uzunmüddətli büdcəsinin formalaşdırılması son həftələrdə üzv dövlətlər arasında ciddi mübahisələrə səbəb olan əsas iki məsələdir. Bazar ertəsi Fridrix Mers bu mövzuları əlaqələndirərək bildirib ki, əgər bütün üzv ölkələr 2027-ci ildən sonra Ukraynaya maliyyə dəstəyini davam etdirməyə razılaşmasalar, Aİ-nin ümumi büdcəsinin qəbulunu bloklayacaq.
"Federal kanslerin etdiyi tipik şantajdır və mən bunu rədd edirəm", – deyə Fitso bəyan edib. Slovakiya Baş naziri vurğulayıb ki, onun ölkəsi də Almaniya kimi veto hüququna malikdir və mühüm məsələlərdə öz mövqeyini müstəqil şəkildə müəyyən edə bilər: "Böyük almanlar nəsə deyir deyə, biz də bunun arxasınca qaçmalıyıq? Xeyr, qaçmayacağıq".
Qeyd edək ki, Mers Slovakiya, Macarıstan və Çexiyanın mövqeyinə təsir göstərməyə çalışır. Bu ölkələr daha əvvəl Kiyevin gələcək maliyyələşdirilməsində iştirak etməyəcəklərini bəyan ediblər. Ehtimal olunur ki, Bolqarıstan da analoji qərar qəbul edəcək.
QAZİLER.AZ

