Britaniya 16 yaşdan kiçiklər üçün sosial media qadağasının əhatə dairəsini genişləndirə bilər

Britaniya 16 yaşdan kiçiklər üçün sosial media qadağasının əhatə dairəsini genişləndirə bilər backend

Britaniya hökumətinin 16 yaşdan kiçik uşaqları qorumaq məqsədilə hazırladığı sosial media qadağası gözləniləndən daha geniş platformaları əhatə edə bilər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, təklif olunan yeni qaydalar “YouTube Kids”, “Spotify”, “eBay” və “Lego Play” kimi populyar xidmətlərə də şamil oluna bilər.

Qadağanın gələn ilin martında qüvvəyə minməsi planlaşdırılır. Məqsəd uşaqların məhdudiyyətlərdən yayınaraq alternativ platformalara üz tutmasının qarşısını almaqdır. Bu səbəbdən qanun layihəsi istifadəçilərin məzmun paylaşdığı və tövsiyə alqoritmlərindən istifadə edən platformaları da əhatə edəcək şəkildə hazırlanır.