NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb

NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb backend

ABŞ-nin maliyyə naziri Skott Bessent həyatına İrandan gələ biləcək təhdidlərə görə Vaşinqton ərazisindəki evini tərk edib və hərbi bazaya köçüb.

 

"Report" "The New York Times"a (NYT) istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr bildiriblər.

 

Nəşrin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin rəhbərinin ünvanına gələn təhdidlərin nə dərəcədə ciddi olduğu hələlik aydın deyil.

 

Daha əvvəl Amerika kəşfiyyatının nümayəndəsi İranın ABŞ vətəndaşlarına və nümayəndələrinə hücumla bağlı ehtimal edilən planlarının aktivləşməsi barədə xəbərdarlıq edib. Onun qiymətləndirməsinə görə, bəzi hücumların hazırlığı irəliləmiş mərhələyə çatıb.

 

Eyni zamanda, ABŞ rəsmiləri qeyd edirlər ki, İranın ABŞ ərazisində və xaricdə irimiqyaslı hücumlar həyata keçirmək imkanları məhdud olaraq qalır.

 

Tehran daha əvvəl amerikalı vəzifəli şəxslərə və vətəndaşlara qarşı hücumların hazırlanması ilə bağlı ittihamları rədd edib.

 

ABŞ-nin Maliyyə Nazirliyi Bessentin köçməsi barədə məlumatları hələlik şərh etməyib.

 

Qeyd edək ki, Maliyyə Nazirliyinin rəhbəri Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinin həyata keçirilməsində əsas rol oynayır.

 

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sosial şəbəkələrdə paylaşın

NYT: Глава Минфина США переехал на военную базу из-за угроз со стороны Ирана

44 filmi

Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az

Haqqımızda

Bizimlə əlaqə

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

 

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.