Ukrayna nümayəndə heyəti Əbu-Dabidə Rusiya nümayəndələri ilə danışıqlar aparmaqda çətinlik çəkir.
AZƏRTAC "Novyi.LIVE" istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagen Universitetində keçirilən müzakirə zamanı açıqlayıb.
Prezidentdən hazırda Əbu-Dabidə ABŞ və Rusiya ilə aparılan danışıqlar barədə danışması istənilib.
"Mən indicə Əbu-Dabidəki komandamızla danışdım. Ruslarla çətindir. Onlar, yumşaq desək, bizim ən yaxşı dostlarımız deyillər", - deyə Zelenski cavab verib.
O, Əbu-Dabidəki danışıqların humanitar məsələlərə, o cümlədən əsir mübadiləsinə yönəldiyini deyib.
Xatırladaq ki, bu gün Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar uzun fasilədən sonra bərpa olunub. Üç ölkənin danışıqlar qrupları Əbu-Dabidə görüşüblər.
Danışıqların birinci mərhələsi artıq başa çatıb.
Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov danışıqları şərh edərkən qeyd edib ki, Ukrayna davamlı sülhə nail olmaq istəyir və tərəfdaşlarından təhlükəsizlik zəmanətləri almağı gözləyir.

