Türkiyədə zavoddakı partlayışla bağlı 6 nəfər saxlanılıb

Türkiyədə zavoddakı partlayışla bağlı 6 nəfər saxlanılıb backend

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb.

Qaziler.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat dərc edib. 

Bildirilib ki, faktla bağlı dərhal cinayət işi başlanılıb.

İlkin araşdırmalar nəticəsində hadisədə təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılıb.

Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.