Dövlət Departamentinin nümayəndəsi motosikletdən yıxılıb

Dövlət Departamentinin nümayəndəsi motosikletdən yıxılıb backend

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi, istefada olan admiral Con Kirbi bayram günlərində motosikletdən yıxılıb.


APA-nın məlumatına görə, bu barədə o, 2016-cı ilin ilk brifinqində bildirib: “Görünür, mən motosiklet yox, velosipeddən istifadə etsəm, yaxşı olar”.

O hadisənin harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.