Tramp kabinetində kadr dəyişiklikləri elan edib

Tramp kabinetində kadr dəyişiklikləri elan edib backend

ABŞ prezidenti Donald Tramp ölkədə aralıq seçkilərində hakim Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra, o cümlədən işdən çıxarılmaları nəzərdə tutan kadr dəyişikliklərinin olacağını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "CBS" telekanalına müsahibəsində deyib.

Vaşinqton administrasiyasının əməkdaşlarından hər hansı birini işdən çıxarmağı planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verən Tramp “Bəli, bir qədər”, – deyə bildirib.

“Mən kabinetimi sevirəm. Hesab edirəm ki, o, yaxşıdır. Lakin ola bilsin ki, bir neçə dəyişiklik edim”, – deyə o, əlavə edib və bununla bağlı təfərrüatları açıqlamaqdan imtina edib.

Tramp, həmçinin ABŞ-ın müharibə naziri Pit Heqsetə etimadının əvvəlki kimi qaldığını vurğulayıb.