Ukrayna müharibəsində hər hansı bir tərəfin tam qələbə qazanacağı ehtimalı olduqca azdır.
Qaziler.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bəyan edib.
"Ümid etmək lazımdır ki, bu müharibə başa çatacaq, lakin Ukraynanın özünün bütün ərazilərini geri qaytara bilməsi az qala qeyri-mümkündür.
Mümkün saziş çərçivəsində Ukraynanın hansı şərtlərə razılaşmağa hazır olması isə müstəsna olaraq onun öz qərarıdır. Ukrayna xalqı adından belə bir qərarı yalnız Zelenski və onun hökuməti qəbul edə bilər.
Bu cür müharibələr hər zaman sülh sazişi ilə bitir, bu isə çox vaxt kompromis deməkdir", - deyə Rutte qeyd edib.
QAZİLER.AZ

